Sabah 18 dərəcə isti olacaq

Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturunun gecə 5-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

AzNews.az