Filarmoniyanın binası uçdu: xəsarət alan var - Foto - Yenilənib

18:42

Gəncə Dövlət Filarmoniyasının tikilməkdə olan yeni binası uçub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, bu gün saat 18:00 radələrində inşa olunan tikilidə beton plitələr uçub (Trend).
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığını araşdırır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və təcili tibbi yardım stansiyasının əməkdaşları gəliblər.
Qeyd edək ki, inşaat işləri gedən ərazidə əvvəllər "Bakı" kinoteatrı yerləşib.

21:30

Gəncədə yeni tikilən filarmoniya binasının üst mərtəbəsinin çökməsi nəticəsində bir nəfər xəsarət alıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, tibb ocağında daxil olan xəstəyə tibbi yardım göstərilib, onun vəziyyəti normaldır.


AzNews.az