"Belə çətin dövrlərdə özünü itirməmək çox önəmlidir" "Belə çətin dövrlərdə özünü itirməmək çox önəmlidir"

Fəthullah Gülən baş nazirə halallıq verdi- FOTO

"Belə çətin dövrlərdə özünü itirməmək çox önəmlidir"



Türkiyənin "Zaman" qəzetinin "hizmət" hərəkatının lideri Fəthullah Güləndən götürdüyü və bir neçə gündür tele kanallarda anons edilən müsahibə bir gün əvvəldən internetdə yayıldı.

ANS PRESS-in xəbərinə görə, bir müddətdir, "Hamı danışdı, o susdu" şüarı ilə reklam olunan müsahibə "Yaraşdırmadım" başlığı ilə nəşr olundu.

Fəthullah Gülən "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlının suallarına cavab verib.

"O cür ağır sözləri heç əhli küfür də işlətməyib. Eyni qibləyə yönəldiyimiuzi düşündüyümüz insanların bu cür rəfatarı əlbətdə çox ağırdır. "Bu da keçər Ya Hu" deyərək səbr etməkdən başqa əlimizdən bir şey gəlmir...

Belə çətin dövrlərdə özünü itirməmək çox önəmlidir. Hər kəs öz xarakteri qədər. İnciməmək lazımdır. Kim başını önə əyəcək, kim utanacaq, onsuzda o biri dünyada məlum olacaq...

Biz bizə olan haqqı halal etdik. Yedi cahan eşitsin. Amma təcavüz edilən şeylərdə dinin haqqı varsa bu müqəddəs əmanətdir...".

Qeyd edək ki, bir müdətdir Türkiyə hökuməti ilə Fəthullah Gülənin liderlik etdiyi "hizmət" hərəkatı arasında soyub müharibə davam edir.

AzNews.az