11:50
(077) 610-22-33

Sumqayıt avtobusları Bakıya buraxılmayacaq

  • >
971 17 Mart 2014 14:53 | Hadisə

Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının açılışından sonra avtobusların hərəkət istiqamətində dəyişikliklər olacaq. Bundan sonra Sumqayıtdan avtovağzal istiqamətində hərəkət edən ictimai nəqliyyat vasitələri son dayanacağını "Riyad" Ticarət Mərkəzində edəcəklər.

Modern.az saytına açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov da bu variantı istisna etməyib. Onun sözlərinə görə, "Avtovağzal" stansiyasının açılışından sonra nəqliyyatın hərəkət sxemində dəyişiklik olacaq. Tıxacların aradan qaldırılması üçün kompleks tədbirlər planında belə bir müzakirələr var.

Sumqayıtdan Bakıya axını tənzimləmək üçün həmin istiqamətdə üç zolaqlı xüsusi yol çəkilir. Təbii ki, bu da həmin istiqamətdə tıxacların aradan qaldırılması məqsədilə edilir. Metronun "Avtovağzal" stansiyasının açılışından sonra avtobusların hərəkət istiqamətində dəyişikliklər olacaq. Sumqayıt-Bakı avtobusları "Riyad" Ticarət Mərkəzində dayanacaqlar və oradan Bakı istiqamətinə hərəkət davam etdiriləcək. Təbii ki, bu barədə danışmaq hələ ki, tezdir. Çünki hər bir hərəkət sxemi, elektron xəritə hazır olandan sonra nə isə demək olar. Amma indidən hansı avtobusun harada dayanması ilə bağlı təsdiq olunmuş plan yoxdur. Bəli, tıxacların aradan qaldırılması üçün kompleks tədbirlər planında belə bir müzakirələr var. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

AzNews.az
Bağla X