22:36
(077) 610-22-33

Səbaildə qumarxana aşkarlandı

  • >
845 17 Mart 2014 15:21 | Hadisə

Səbail rayonunda "online" sistemi ilə təşkil olunmuş qumarxana müəyyən edilib.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonunun ərazisindəki "Ankara" kafesində, Şahbuz rayon sakini Rəmzi Hüseynəliyevin və Türkiyə vətəndaşları Murat Baydarın, Mehmet Sönmezin "online" sistemi ilə qumarxana təşkil etmələri müəyyən edilib.

Kafeyə baxış zamanı 1 ədəd "online" qumar oyun proqramı yazılmış noutbuk, 1 ədəd monitor, 1 ədəd printer, 21 ədəd oyun kuponu və uduş pulu aşkar edilərək götürülüb.

Faktla əlaqədar İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb.

AzNews.az
Bağla X