İki nəfər dəm qazından zəhərləndi

Zabrat və Sumqayıt sakinləri dəm qazından zəhərlənərək ölüblər.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 16-da Sabunçu rayonu, Zabrat qəsəbə sakini Xatın Atakişiyeva və Sumqayıt şəhər sakini Xəyalə Qasımova dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

AzNews.az