06:04
(077) 610-22-33

Səlim Müslümov direktoru işdən çıxartdı

  • >
1 502 17 Mart 2014 15:55 | Hadisə

Beyləqan rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) direktoru vəzifəsindən azad edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) direktorları, digər məsul şəxslərinin iştirakı ilə keçirilən respublikada sosial müdafiə sahəsində aparılan islahat tədbirlərinin cari vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda fəaliyyətində ciddi nöqsanlara yol verdiklərinə görə Beyləqan rayon ƏSMM-in direktoru vəzifəsindən azad edilib, iki rayonun ƏSMM-lərinin direktorlarına töhmət verilib.

Həmçinin ayrı-ayrı mərkəzlərin vəzifələrini düzgün şəkildə yerinə yetirməyən əməkdaşları barədə intizam tədbirlərinin görülməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ünvanlı yardım sisteminin avtomatlaşdırılması, əhaliyə xidmətin keyfiyyətcə yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

AzNews.az
Bağla X