11:16
(077) 610-22-33

Elnur Aslanovla bağlı araşdırma başlandı

  • >
2 486 17 Mart 2014 22:00 | Hadisə

Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun fəaliyyəti ilə bağlı araşdırma başlanılıb.

AzNews.az-a daxil olan məlumata görə, bu araşdırmalar əsasən Elnur Aslanovun nurçularla bağlı əlaqələri, həyata keçirdiyi layihələr və bu işdə onla həmrəy olduğu şəxslərinin müəyyənləşdirməsi istiqamətində aparılır.

Məlumatda bildirilir ki, artıq onun bir neçə yaxın adamı şifahi sorğu-sual edilib.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Elnur Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilsin.

Məhəmməd
AzNews.az
Bağla X