Bakıda qadın intihara cəhd etdi- Yenilənib-3 (FOTOLAR)

Bakıda kimliyi məlum olmayan qadın intihara cəhd edir.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, bir şəxs paytaxtın mərkəzində - "28 may" metrostansiyasının qarşısında yerləşən çoxmərtəbəli binanın sonuncu mərtəbəsindən atmaq istəyir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda polis şəxsin intihar etmək cəhdinin qarşısını almaq istəyir.(17.57)

***
Hazırda polis şəxsin intihar etmək cəhdinin qarşısını almaq istəyir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və müvafiq qurumların əməkdaşları cəlb olunub. İntihara cəhd edən qadını niyyətindən çəkindirmək mümkün olub.(18.07)

***

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, intihar fikrindən yayındırılan qız yenidən dama çıxıb.

Polislər və xilasedicilər ətrafdakı sakinlərdən kömək istəyib.(18.14)

***

Bakıda intihara cəhdin qarşısı alınıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının damında bir nəfər qadın intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. İntihara cəhdin qarşısı xilasedicilər tərəfindən alınıb.




AzNews.az