Nazir bir neçə nəfəri işdən qovdu

Kənd Təsərrüfati Naziri bir neçə nəfəri tutduğu vəzifədən azad etdi.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, Kənd Təsərrüfati Naziri Heydər Əsədov 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Amid
AzNews.az