11 nəfər həyatını itirdi 11 nəfər həyatını itirdi

Rizeni sel apardı

11 nəfər həyatını itirdi



Türkiyənin şimal şərqində yerləşən Rize şəhərində 3 gündür yağan güclü yağışlar selə səbəb olub.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, daşqınlar zamanı 11 nəfər həyatını itirib. Onların əsasən evlərini tərk edə bilməyən qocalar olduğu bildirilir. Daha 10 nəfərin isə itkin düşdüyü də gələn xəbərlər arasındadır.

Artıq hadisə yerinə xilasedicilərin və hərbiçilərin cəlb olunduğu bildirilir. Bir neçə kənd sular altında qalıb. İnsanlar evlərini itiriblər. Yollar keçilməz hala düşdüyündən kəndlər arasında əlaqə kəsilib.

Verilən digər məlumata görə, Türkiyə qızıl aypara cəmiyyəti hadisə yerində əhaliyə köməklik göstərməyə başlayıb və bölgəyə humanitar yardımlar göndərilir.

Sadiq
AzNews.az