Qadınları fahişəliyə cəlb edən şəxs saxlanıldı

Qadınları fahişəliyə cəlb etmiş Bərdə rayon sakini saxlanılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Əlövsət Abdullayev saxlanılıb.

Onun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən olunub.

AzNews.az