Cəbhədə gərginlik davam edir

Cəbhənin Ağdam, Füzuli, Goranboy və Xocavənd istiqamətlərində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az