14:14
(077) 610-22-33

“İlaxır çərşənbə”də 5 nəfər tonqalda yandı

  • >
1 553 19 Mart 2014 09:14 | Hadisə

Bakıda "İlaxır çərşənbə" günü 5 nəfər tonqala düşərək yanıb.
Bu məlumatı AzNews.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova verib.

Z. Vahidova deyib ki, tonqalda yanan şəxslərdən birinin yanıq dərəcəsi ağır olduğundan Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Digər 4 nəfərə isə yerində təcili yardım göstərilib: "Martın 18-də saat 21:00 radələrində Bakının Keşlə qəsəbəsində Aliyə Həsənova tonqalın üzərindən tullanərkən onun üstünə düşüb. A. Həsənova sol əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Növbəti hadisə Sabunçu rayon Vidadi küçəsində baş verib. Tonqaldan tullanərkən 11 yaşlı Məhəmməd Əbdülrəhimlinin əlləri yanıb. Onun yanığ xəsarəti yüngül olduğundan xəstaxanaya yerləşdirilməyib. Digər 3 hadisə də Bakının müxtəlif rayonlarında baş verib. Onların yanıq xəsarətləri yüngül olduğundan amblator müalicə olunublar".

Amid
AzNews.az
Bağla X