11:26
(077) 610-22-33

Ceyhun Osmanlının atası işdən çıxarıldı

  • >
1 090 19 Mart 2014 10:15 | Hadisə

Millət vəkili Ceyhun Osmanlının atası Yunis Osmanov Göyçay rayon icra başçısının müavini vəzifəsindən azad edilib.

Bu barədə "Axar.az"ı məlumatlandıran mənbənin sözlərinə görə, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən azad edilməsinin ardınca "Gülən camaat" bağlı olan məmurların da işdən çıxarılmasına start verilib. Bu sırada işdən çıxarılan ilk adamlardan biri də Elnur Aslanovla birgə, adı nurçu olaraq hallanan millət vəkili Ceyhun Osmanlının atası, Göyçay rayon icra başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Yunis Osmanovdur.

Göyçay rayon icra hakimiyyəti telefon nömrələrinin heç birinə cavab verməsələr də, rayonun ictimai-siyasi həyatında olan şəxslər xəbəri təsdiqlədilər. Onların sözlərinə görə, Göyçay rayonunda Ceyhun Osmanlının atasının vəzifədən uzaqlaşdırılması barədə dünən xəbər yayılıb.

AzNews.az
Bağla X