15:45
(077) 610-22-33

Rəsmi qəzetlər Prezidentin sərəncamını niyə dərc etmədi–AzərTAC-dan açıqlama

  • >
3 111 19 Mart 2014 13:43 | Hadisə

Prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması haqda martın 17-də verdiyi sərəncamın Prezident Administrasiyasının orqanı olan "Xalq qəzeti"nin səhifəsində yerləşdirilməməsinin səbəbləri ilə bağlı ilginc məlumat əldə edib.

AzNews.az-ın əməkdaşı Prezidentin sərəncamına qarşı belə münasibətin səbəbini öyrənmək üçün əvvəlcə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənovla əlaqə saxlamağa çalışıb. Lakin o, telefonlara cavab verməyib. Qəzetin adının çəkilməsini istəməyən məsul şəxslərindən biri isə bunun səbəblərini izah edib. Bildirib ki, qəzetdə ölkə başçısı İlham Əliyevin bütün sərəncam, fərman və əmrləri Azərbaycan Dövlət Teleqraf Agentliynin göndərdiyi xəbər bülleteni əsasında dərc olunur. Lakin həmin gün agentlikdən daxil olan bülletendə sözügedən sərəncam yer almayıb: "Yəqin bu səbəbə görə həmin sərəncam işıq üzü görməyib".

Azərbaycan Dövlət Teleqraf Agentliynin baş direktorunun birinci müavini Dağbəy İsmayılov isə AzNews.az-a açıqlamasında bu arqumentləri əsassız sayıb. O bildirib ki, bütün rəsmi məlumatlar mərkəzi dövlət qurumundan alınaraq, yayılır: "Bundan sonra hər bir mətbuat orqanı həmin məlumatı dərc edib-etməməsinə qərar verir. Bu artıq onun öz üzərinə düşən işdir. Yəni hər bir mətbu orqanın özünün müstəqil siyasəti var. Biz hansısa orqana deyə bilmərik ki, bunu verin, yaxud da niyə, vermədin".

Amid
AzNews.az
Bağla X