18:29
(077) 610-22-33

100 ilin qumbarası partladı - 2ölü, 2 yaralı

  • >
964 19 Mart 2014 23:05 | Hadisə

Belçikada I Dünya müharibəsinə adi qumbaranın partlaması nəticəsində 2 nəfər dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, daha iki nəfər isə ağır yaralanıb, onların vəziyyəti kritik sayılır.

Hadisə İpr şəhərində tikinti meydançasında baş verib: İnşaatçılar torpaqdan qumbaranı çıxarmağa cəhd ediblər.

Xatırladaq ki, bu şəhər I Dünya müharibəsi zamanı dəfələrlə Almaniya tərəfdən atəşə tutulub. Ona görə də partlamayan mərmilərə tikinti işləri zamanı indi də tez-tez rast gəlinir.

Partlayış olan ərazi polis tərəfindən mühasirəyə alınıb, hadisə yerinə mütəxəssilər cəlb edilib.


AzNews.az
Bağla X