05:46
(077) 610-22-33

Havanın temperaturu enəcək, qar yağacaq

  • >
1 784 20 Mart 2014 11:30 | Hadisə

Sabah Azərbaycanda havanın temperaturu 5 dərəcəyədək enəcək, respublikanın bəzi ərazilərində qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 21-də havanın qeyri-sabit keçəcəyi, günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında martın 22-i axşamadək güclü küləkli hava şəraitinin olması və meteooloji amillərin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olacaq. Lakin martın 23 və 24-də nisbətən mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaq.

Martın 21-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə hava dumanlı və çiskinli olacaq. Günün ikinci yarısından başlayaraq, bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir güclü qərb küləyi əsəcək.

Aran rayonlarında temperaturun gecə 3-8, gündüz 13-18, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

AzNews.az
Bağla X