Qəbələ-İsmayıllı yolunda avtoqəza: yaralılar var

Qəbələ-İsmayıllı magistral yolunun 17-ci km-liyində yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Kanal S-ə istinadən məlumat verir ki, 49 yaşlı İsmayıllı sakini Elnur Ağayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil 39 yaşlı Qax rayon sakini Mikayıl Mikayılovun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ziyan dəyib və "Nissan" markalı avtomobildə olan M.Mikayılov və həyat yoldaşı Kamilə Mikayılova yüngül bədən xəsarətləri alıb.

Qəzaya səbəb "VAZ 2106"-nın dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

AzNews.az