22:00
(077) 610-22-33

4 nəfər müxtəlif səbəblərdən zəhərləndi

  • >
522 20 Mart 2014 14:05 | Hadisə

Ötən gün 4 nəfər müxtəlif səbəblərdən zəhərlənib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 19-da Göygöl rayonu, Aşıqlı kənd sakini Abuzər Abdullayev dəm qazından, Tərtər rayon sakini Fazilə Baxışova sirkə turşusundan, Sumqayıt şəhər sakini Nənəxanım Musayeva dərmandan, Gəncə şəhər sakini Ceyhun Musayev kimyəvi məhluldan zəhərlənmələrlə xəstəxanalara gətirilib.

Xatırladaq ki, ötən gün Akif Davudovun və onun arvadı Nigarın dəm qazından boğulmuş meyitləri yaşadıqları Zaqatala şəhərindəki evlərində tapılıb.

Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

AzNews.az
Bağla X