Goranboyda dəhşətli qəza - İki sürücü öldü

AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunda ağır yol qəzası baş verib. Rayonun Cinli Boluslu kəndində "Hyundai" və KİA markalı minik avtomobilləri toqquşub.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hər iki avtomobilin sürücüsü hadisə yerində ölüb.

Deformasiyaya uğramış KİA markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış, 1973-cü il təvəllüdlü sürücü Əhmədov Hikmət Komissar oğlunun meyiti müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla yanğınsöndürən-xilasedicilər tərəfindən, "Hyundai" avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Məmmədov Nicat Mürşüd oğlunun meyiti isə vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


AzNews.az