20:20
(077) 610-22-33

54 yaşlı kişi evində yanaraq öldü

  • >
709 21 Mart 2014 09:13 | Hadisə

Bakıda yarımçıq tikilidə insan ölümü ilə nəticələnən yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda 1960-cı il təvəllüdlü Varmakov Veris Borisoviçə məxsus ümumi sahəsi 25 kv.m olan tikintisi başa çatmamış birmərətbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 8 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı ev sahibi V.Varmakovun meyiti aşkar olunub.

Yanğın saat 08:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az
Bağla X