Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq- Bakıda

Bakının əsas prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, "Heydər Əliyev prospektində, Şəfa" stadionunun qarşısında əlavə informasiya lövhələrinin quraşdırılması ilə əlaqədar olaraq, avtomobil sıxlığının, tıxacların, yol-nəqliyyat hadisələrinin yaranmaması məqsədilə İdarə paytaxtın Qala, Buzovna, Mərdəkan və həmin ərazilər üzrə digər istiqamətlər boyu hərəkət edən nəqliyyat vasitələrinin sürücülərindən xahiş edir ki, qeyd edilən istiqamətlərə axşam saat 19:00-dan gecə saat 00:00-a qədər və geriyə hərəkət edərkən saat 00:00-dən sonra iş başa çatana qədər Heydər Əliyev Beynəlxalq Hava Limanının yanından alternativ yol kimi Bakı-Hövsan-Aeroport beton yolundan və ya Dərnəgül yolundan (yəni Ziya Bunyadov prospektini) istifadə etsinlər.

AzNews.az