17:27
(077) 610-22-33

İtmiş Boeinq 777 - nin yeri məlum olub

  • >
3 002 22 Mart 2014 19:28 | Hadisə


Çin elmi - tədqiqat buzqıran gəmisi "Syueulun" yaxın 70 saat ərziundə Boeinq 777 təyyarəsinin qəzaya uğradığı yerə çatacaq.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı Sinxua agentliyi yayıb. Agentliyin məlumatına görə Hind okeanında qəzaya uğrayan Boeinqin axtarışına cəlb olunan çin gəmilərindən ən tez qəza yerinə çatan "Syueulun" olacaq. Bu gəminin yaxın 70 saat ərzində qəza yerinə çatacağı gözlənilir.
22 martda KXR - in elm, texnologiya, sənaye və milli müdafiə Dövlət idarəsi Hind okeanında itmiş Boeinq 777 - nin qalıqları hesab edilən obyekt müəyyən etməsi barədə məlumat yayıb. 18 martda Çin peykinin çəkdiyi fotoşəkillərdə 22x13 metr ölçüdə obyekt müəyyən edilib. Bu obyekt Avstraliya xilasedicilərinin tapdığı və təyarə qalıqları hesab edilən iki hissənin tapıldığı yerdən 120 kilometr aralı, Hind okeanının axtarış zonasının cənub dəhlizində müəyyən edilib.
Hazırda "Syueulun" təyin edilən nöqtədən 1000 dəniz milində üzür. Buzqıran cümə günü Avstraliya limanı Pertdən yola düşüb. Ondan bir az gec itmiş MH370 reysinin axtarış zonasına KXR - in HDF - nun "Xaysyun 01" və "Hanxayçzyu 101" gəmiləri də daxil olacaq. Axtarış əməliyyatlarına 9 Çin gəmisi cəlb olunub.
Xatırladaq ki, 8 martda Kuala - Lampurdan Pekinə uçan və göyərtəsində 12 ekipaj üzvü və 227 sərnişin olan avialayner heç bir xəbərdarlıq etmədən radarlardan yoxa çıxaraq itib.
Laynerdən son siqnal Malayziyanın şərq sahillərinin 220 kilometrliyində olarkən alınıb.



Əli
AzNews.az
Bağla X