ABŞ-da torpaq sürüşməsi - 3 ölü, çoxlu yaralı, 20 itkin

ABŞ - da torpaq sürüşməsi nəticəsində demək olar ki, 20 nəfərə yaxın adam itkin düşüb.

AzNews.az xəbər verir ki, Assoşieyted Press - in məlumatına görə Amerika ştatı Vaşinqtonda torpaq sürüşməsindən sonra ən azı 18 nəfərin itkin düşməsi barədə elan verilib.
21 martda baş verən sürüşmə nəticəsində 3 nəfər ölüb, əlavə bir neçə adam, o cümlədən 6 aylıq uşaq xəstəxanaya yerləşdirilib. Torpaq axını 6 evi tamamilə dağıdıb. Torpaq altında adamların qaldığı güman edilir.
Axtarış xilasetmə işləri çətinləşib, hələ bir neçəı axıntı tam dayanmayıb. Vilayət yanğından mühafizə xidmətinin rəisi Snoxomiş Trevis Xotsun sözlərinə görə axıntı özünəməxsus tipdə baş verdiyinə görə, xilasedicilər çətinlik çəkirlər, onlar şəraiti yerində tam qiymətləndirərək işləmək məcburiyyətində qalıblar.

Əli
AzNews.az