Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

İki avtomobil toqquşdu, yaralılar var - FOTO

Faktla bağlı araşdırma aparılır




Gecə saatlarında Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində qeydə alınıb.

Anar Cavadovun idarə etdiyi VAZ-2107 markalı avtomobil qarşı tərəfdən gələn və hələlik sürücüsü məlum olmayan "Azsamand" markalı maşınla toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü Anar Cavadov və həmin avtomobildə olan sərnişin Aygün Səfərova ağır bədən xəsarətləri alıblar. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. "Azsamand"ın sürücüsü isə qəzadan sonra hadisə yerini tərk edib.

İlkin ehtimala görə, hadisəyə "Azsamand"ın sürücüsünün yol hərəkəti qaydalarına əməl etməməsi və avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

AzNews.az