Yanacaq daşıyan maşın aşdı: 1 ölü, 5 yaralı - Foto

Bu gün günorta saatlarında Ucar ərazisində yanacaq daşıyan maşının aşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilindən FHN-in xilasediciləri meyiti xüsusi alətlərin köməyi ilə çıxarıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılar 99-EF-293 dövlət nömrə nişanlı "Mercedes"in sürücüsi Tahir Əliyev, həmçinin Bakı şəhər sakinləri 41 yaşlı Məharət Məmmədova, 50 yaşlı Lətafət Əliyeva, 18 yaşlı Orxan Qocayev, 62 yaşlı Rəqiyyə Muradovadır. Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır, digər üç nəfərin isə orta ağır kimi qiymətləndirir. Hadisə yerində ölənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib, onun T.Əliyevin idarə etdiyi avtomobildə olduğu bildirilir. (APA)