Ağsuda məktəbli qız intihar edib

Ağsuda məktəbli intihar edib.

Rayon Polis şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 11:30 radələrində qeydə alınıb. Şəhər sakini 11 – ci sinif şagirdi 1997 – ci il təvəllüdlü Musayeva Gülnar Qalib qızı özünü yaşadığı evin həyətində asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.(APA)