60 yaşlı qadın dəm qazından ölüb

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Bülbülə qəsəbə sakini, 60 yaşlı Nailə Allahverdiyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(APA)