20:43
(077) 610-22-33

Zərbə sürücü və sərnişini şüşədən bayıra tulladı - 1 ölü, 1 yaralı

  • >
942 26 Mart 2014 22:45 | Hadisə


Bədnamlığı ilə tanınan Blaqoveşensk magistralında növbəti ağır yol qəzası baş verib.

AzNews.az - ın NTV - yə istinadən xəbərinə görə qəza zamanı maşında olan hər iki nəfəri zərbə pəncərədən kənara tullayıb. Sərnişini xilas etmək mümkün olmayıb, o təcili yardım gələnə qədər keçinib.
Verilən xəbərdə bildirilir ki, xarici markalı maşının sürücüsü yolun qurtardığına məhəl qoymayaraq sürəti azaltmayıb. Maşın bir neçə dəfə çevrilib və arxası üstə qalıb. Maşında olan hər iki şəxs maşın uçan zaman pəncərədən kənara tullanılıb.
Sürücü yüngül xəsarətlə qurtarsa da, sərnişin ölüb.
Polislər qəza yerində araşdırma aparırlar.

Əli
AzNews.az

Bağla X