Bakı-Xarkov aviareysi bağlanır

Ukraynanın "UTair-Ukraine" aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşları martın 29-dan dayandıracaq.

Bu barədə "APA-Economics"ə açıqlamasında aviaşirkətin Bakı nümayəndəliyindən bildiriblər. Lakin şirkət aviareyslərin dayandırılmasının səbəblərini açıqlamır.

Qeyd edək ki, "UTair-Ukraine" aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə uçuşlara ötən ilin martın 19-da başlayıb.

Xarkovdan Bakıya və əks istiqamətdə uçuşlar həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetirilir. Xarkovdan təyyarə yerli vaxtla saat 22:00-da havaya qalxır və Bakı vaxtı ilə saat 02:30-da Heydər Əliyev Hava Limanına enir. Bakı-Xarkov aviareysi isə saat 03:30-da yerinə yetirilir və təyyarə Xarkov vaxtı ilə saat 04:00-da hava limanına enir.

AzNews.az