Zabitin həbsi ilə bağlı AzNews.az-ın xəbəri təsdiqləndi

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Gəmilərin Xilasetmə Diviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov barəsində həbs-qətimkan tədbiri seçilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı anspress-ə təsdiqləyiblər.

Xatırladaq ki, kapitan İlkin Əsgərovun həbs edilməsi ilə bağlı xəbəri bu gün AzNews.az saytı yaymışdı. O, HDQ-nın Avtomobil Xidmətinin rəisi və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri işlədiyi zaman hərbi birləşmənin Mənzil İstismar Sahəsinin balansında olan mülkiyyəti saxta sənədlə satdığına görə tutulub. Bu barədə daha ətraflı BURADAN oxuya bilərsiniz.


AzNews.az