19:04
(077) 610-22-33

“Leksus“ partladı - Dünya çempionu öldü, arvadı ağır vəziyyətdə

  • >
3 236 27 Mart 2014 18:01 | Hadisə

Kikboksinq üzrə dünya çempionu Ruslan Abasovun "Leksus" markalı avtomobili partlayıb.

AzNews.az "Veçerniy Bişkek" dərgisinə istinadən xəbər verir ki, Qırğızıstanda avtomobilinin partlaması nəticəsində tanınmış idmançı Ruslan Abasov həlak olub. Onun arvadı isə ağır vəziyyətdədir.
Hadisə qırğız şəhəri Tokmakda baş verib. Maşında Ruslan Abasov ilə arvadı olub. İdmançı xəstəxanaya aparılarkən yolda keçinib, həyat yoldaşı isə reanimasiyada ağır vəziyyətdədir.
Xəbərdəki məlumata görə ağ Leksus GX470 partlayışlın zərbəsindən havaya uçub.
Hadisə yerində araşdırma aparılır.
Ruslan Abasov rinqdə çoxlu gözəl nəticələr göstərib. O, WBKF versiyası üzrə dünya çempionu, WAKO versiyası üzrə isə ikiqat dünya çempionu olub.

Əli
AzNews.az

Bağla X