07:23
(077) 610-22-33

Dünənki atışma ilə bağlı Rəsmi açıqlama

  • >
1 361 28 Mart 2014 08:51 | Hadisə

Düşmən cavab atəşi ilə susdurulub



Erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin mövqelərini yenidən atəşə tutublar.

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Daşkəsən, Göygöl və Xocəvənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


AzNews.az
Bağla X