Bakıda yeraltı piyada keçidi inşa olunacaq

Bakının Fətəli xan Xoyski prospektində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında yeni yeraltı piyada keçidinin tikintisinə başlanılır. Bu barədə AzNews.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev qeyd edib ki, hazırda ərazi hasarlanıb. Onun sözlərinə görə, bu günlərdə ərazidə qazıntı və kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılacaq.

Piyada keçidi iki giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 120, eni 6, hündürlüyü isə 3 metr olacaq.

AzNews.az