Təyyarə Nyu - York aeroportunda qəza enişi etdi


JetBlue Amerika aviakompaniyasına məxsus A - 320 avialayneri quşla toqquşduğuna görə Nyu - Yorkun Con Kennedi beynəlxalq aeroportunda təxirəsalınmaz qəza enişi edib.

AzNews.az NBC telakanalına istinadən xəbər verir ki, göyərtəsində 142 nəfər sərnişin olan təyyarə 28 mart səhər çağı Uestçester aeroportundan havaya qalxan zaman quşla toqquşub.
ABŞ mülki aviasiya federal idarəsinin(FAA) məlumatına görə Florida ştatında Uest - Palm - Biç reysi ilə uçan təyyarə göyərtəsində fövqəladə vəziyyət yarandığı üçün Con Kennedi aeroportuna qəza enişi etmək üçün mürüciət edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.


Əli
AzNews.az