11:59
(077) 610-22-33

Bakıda ödəniş terminalı oğurlandı

  • >
989 29 Mart 2014 10:23 | Hadisə

Bakıda "E" manat ödəniş terminalı oğurlanıb. Bakı Şəhər Baş polis İdarəsindən verilən məlumata görə, martın 9-da Xəzər rayonu Binə qəsəbəsində Qara Abbasova məxsus mağazadan pul, tütün məmulatları və Vois şirkətinə məxsus "E" manat ödəniş terminalını oğurlayıblar.

Bununla yanaşı, Xəzər rayonu ərazisitndə mağaza və şirkətlərdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Həsənov və Məhərrəmağa Ağayev tutulub. Müəyyən edilib ki, onlar Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən "Vois MMC"-yə məxsus Pay Point aparatını sındıraraq oğurluğa cəhd ediblər. Binə qəsəbəsi Donuzçuluq sovxozunda Sərdar Ağayevə məxsus mağazadan, qapını sındırmaq yolu ilə tütün məmulatları, Binə qəsəbə sakini Vəliyəddin Həsənova məxsus mağazanın kassasından 100 manat, mağazada olan "Pair Point" aparatını sındıraraq içərisində pul olan qutunu, Buzovna qəsəbəsində Nicat Ağayevə məxsus mağazadan "Mooleniz" MMC-yə məxsus "E" manat ödəniş terminalını, Binə qəsəbə sakini Azad Əhmədzadəyə məxsus marketdən "Mooleniz" MMC-yə məxsus Pay Point aparatı sındıraraq 2000 manat oğurlayıblar.

martın 9-da Binə qəsəbəsində Qara Abbasova məxsus mağazadan pul, tütün məmulatları və Vois şirkətinə məxsus "E" manat ödəniş terminalını oğurlayıblar.

Oğurluqda şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az
Bağla X