Qarət zamanı evdə heç kim olmayıb Qarət zamanı evdə heç kim olmayıb

Bakıda polisin evi qarət olundu- seyf oğurlandı

Qarət zamanı evdə heç kim olmayıb



Bakıda polis əməkdaşının evi qarət edilib.

Sabunçu Rayon Polis İdarəsindən bildirilənə görə, 27 mart tarixində Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində polis əməkdaşının evi qarət edilib. Naməlum şəxslər barmaqlığı sındırıb pəncərədən Qaradağ Rayon Polis İdarəsi mühafizə xidmətinin giziri Samir Mərdanovun mənzilinə daxil olublar. Beləliklə, içində 16000 manat pul, 2000 manat dəyərində qızıl zinət əşyaları və sənədlər olan seyfi oğurlayıblar.

Qeyd olunur ki, qarət hadisəsi zamanı evdə heç kim olmayıb. Hazırda kriminalistlər polis əməkdaşının evinə daxil olanların sayını dəqiqləşdirməyə çalışırlar ("Musavat.com")

AzNews.az