Cücə sexi və yeməkxana yandı

Yevlax və Ağdaş şəhərlərində yanğın hadisəsi qeydə alınıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 195 kv.m olan cücə sexinin yanar konstruksiyaları 115 kv.m sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan yeməkxananın dam örtüyü 10 kv.m sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az