Yanan evdə meyid aşkar edildi

Bakının Binəqədi rayonunda yanğın baş verib, ölən var.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sahəsi 40 kv.m olan şəxsi evin taxta konstruksiyalardan ibarət aynabənd və mətbəx yanıb.

Yanğınsöndürənlər evdən bir cəsəd çıxarıblar.

Evin bir hissəsi yanğından mühafizə olunub.

Lent.az-ın məlumatına görə, Binəqədi qəsəbəsi, 2-ci Mədən, 99-cu korpusda fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yanaraq ölən şəxs 1961-ci il təvəllüdlü Şamoxin Vyaçeslav Viktoryeviçdir. Onun tənha yaşadığı və spirtli içki aludəçisi olduğu bildirilir.

AzNews.az