21:37
(077) 610-22-33

Bakıda döyüş sursatı tapılıb

  • >
886 30 Mart 2014 21:31 | Hadisə

Bakının Sabunçu rayonunda döyüş sursatı tapılıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib.

Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 19 ədəd 7,62 mm avtomat patronu və 1 ədəd PM62M təlim minasıdır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar edilməyib.

AzNews.az
Bağla X