Tanışını corabla boğan qadın təslim oldu

Bakıda tanışını corabla boğan qadın polisə təslim olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, martın 29-da Bakı şəhər sakini Sevinc Hüseynova M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək şəxsi münaqişə zəminində onu kapron corabla boğaraq öldürüb.

S.Hüseynova ertəsi gün, martın 30-da könüllü olaraq Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az