Azərbaycanda yarım metr qar yağıb- Açıqlama

Ötən gecə Azərbaycanın bəzi ərazilərində yarım metrə yaxın qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, martın 30-da ölkə ərazisində hava şəraiti kəskin dəyişilmiş, yağıntılı olmuş, sulu qar, qar yağıb.

Bəzi rayonlarda intensiv olmuş, güclü şimal-qərb küləyi əsib.
Sarıbaşda (Qax) qar örtüyünün hündürlüyü 42 sm, Xınalıqda 30 sm, Kişçayda 26 sm, Daşkəsən, Göygöldə 22 sm, Ordubadda 21 sm, Qubada 18 sm, Lerikdə 16 sm, Yardımlıda 14 sm, Rvarud (Lerik), Altıağacda 13 sm, Şəki, Kəlvəzdə 12 sm, Zaqatalada 11 sm, Naxçıvanda 10 sm, Ağdərədə 8 sm, Şahbuzda 6 sm, Qəbələdə 5 sm, İsmayıllıda 4 sm, Şərurda 3 sm, Biləsuvarda 2 sm, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil edib.

Martın 30-da Havanın temperaturu iqlim normasından 6 dərəcə aşağı olub. Temperatur Bakıda və Abşeron yarımadasında 1-4n dərəcə isti, aran rayonlarında 0-6 dərəcə isti, dağlıq rayonlarda 3-10 dərəcə şaxta müşahidə olunub.

AzNews.az