23:14
(077) 610-22-33

Rövnəq Abdullayev APA-nı hədəfə alıb – Parçalanma

  • >
5 410 31 Mart 2014 09:50 | Hadisə

SOCAR-ın prezidenti Rövnəq Abdullayev APA-nı hədəfə alıb. AzNews.az-ın məlumatına görə, SOCAR-ın "Report.az" adlı informasiya agentliyi bu qurumun bir sıra əməkdaşlarını işə qəbul edib. Holdinqin tərkibində fəaliyyət göstərən APA İnformasiya Agentliyi, "APA Economics" və rus dilində yayımlanan "Vesti.az" xəbər orqanlarının bir neçə əməkdaşı bundan sonra "Report.az"da çalışacaqlarını açıqlayıblar. İlkin məlumata görə, "APA Economics"in baş redatoru Vüqar Mustafayev, APA İnformasiya Agentliyinin müxbiri Viktoriya Dementyeva və "Vesti.az"ın tanınmış kriminal müxbiri Ramella İbrahimxəlilova APA-dan çıxacaqları ilə bağlı qurumun rəhbərliyini məlumatlandırıblar. Daxil olan xəbərdə o da bildirilib ki, "APA Holdinq"dən "Report.az"a keçmək niyyətində olan jurnalistlər yalnız adıçəkilən şəxslərlə bitmir.

Qeyd edək ki, Rövnəq Abdullayevin yeni media qurumu ölkədə aparıcı informasiya orqanlarının kadr potensialı hesabına formalaşdırılır. Bu yolla o, həm də rəqib ola biləcək media qurluşlarını indidən zəiflətmək planı həyata keçirir. APA-nın əsas əməkdaşlarını cəlb etmək planı da məhz bu agentliyin təsir imkanlarını sıfıra endirməkdir. Elə buna görə də bu prosesdə daha çox kadr itkisi ilə "APA Holdinq"ə daxil olan media orqanları qarşılaşacaq.

Hər şeydən əvvəl ona görə ki, yeni yaranan əməkhaqqı siyahısı Azərbaycan mediasında görünməmiş rəqəmləri əks etdirir. Müxbirə 1500 manat, xüsusi müxbirə 2500 manat, redaktora 3000 manat, şöbə müdirinə isə 4-5 min manat vəd edilir.

Xatırladaq ki, "Report.az" adlı informasiya agentliyinin baş redaktorunun Anar Əsgərov adlı şəxsin olacağı deyilir. Qeydiyyatdan keçən agentlik fəaliyyətə başlamasa da, artıq ofis problemi də həll olunub. Belə ki, rəhbərlik "Xətai" metorusunun yanındakı iş mərkəzində ofis kirayələyib, eyni zamanda bir neçə maşın alıb.

Azər
AzNews.az
Bağla X