21:53
(077) 610-22-33

Protez dişdə narkotik maddə keçirmək cəhdi

  • >
834 31 Mart 2014 10:04 | Hadisə

Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Kərim oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş əmisi arvadı Nadejda Pavlovna Həmzəyevanın üzərinə baxış keçirilib.

Baxış zamanı onun ağız boşluğundakı protez dişin altında 2 ədəd sellofana bükülü, xalis çəkisi 1,344 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, məhkum Anar Hüseynov Cinayət Məcəlləsinin 317.2.1 (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.

AzNews.az
Bağla X