Havanın temperaturu 17 dərəcə yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu əvvəlki günlərlə müqayisədə yüksələcək, temperatur bəzi yerlərdə 17 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova AzNews.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında aprelin 1-də havanın dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti olacaq.

Aprelin 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq. Aprelin 3-də güclüe xəzri küləyi meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Aprelin 1-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək. gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 , gündüz 12-17 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti gözlənilir.

AzNews.az