3 ayda 45 çoxmərtəbəli binaya təbii qaz verildi

2014-cü ilin yanvar-mart aylarında 45 çoxmərtəbəli binaya qaz verilişi təmin olunub.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi 2014-cü ilin yanvar-mart aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 45 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5565 mənzil var.

AzNews.az