09:55
(077) 610-22-33

SOCAR-da aksiya

  • >
1 286 31 Mart 2014 13:46 | Hadisə

ARDNŞ-da "Yer saatı" aksiyası keçirilib.

AzNews.az-ın Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, "Yer saatı" aksiyası "Dünya Yabanı Təbiət Fondu" tərəfindən hər il martın sonuncu şənbə günü keçirilir. Aksiya zamanı dünyanın müxtəlif ölkələrində bir saat ərzində vacib olmayan sahələrdə işıqlar söndürülür.

Aksiyanın keçirilməsində əsas məqsəd ehtiyatlara qənaət etməklə planetin ekologiyasını qorumağın vacibliyini göstərmək, iqlim dəyişmələri və onun nəticələri ilə əlaqədar dünya əhalisi arasında maarifləndirmə işi aparır.

ARDNŞ-də də bu aksiyaya ciddi diqqət yetirilib. Martın 29-da saat 20.30-dan 21.30-dək şirkətin bir sıra müəssisə və təşkilatları enerjiyə qənaət məqsədi ilə vacib olmayan sahələrdə işıqları söndürərək aksiyanı dəstəkləyiblər.

Qeyd edək ki, "Yer saatı" aksiyasının əsası 2007-ci ildə Avstraliyanın Sidney şəhərində vacib olmayan sahələrdə elektrik avadanlıqlarının söndürülməsi ilə qoyulub.

AzNews.az
Bağla X