Azərbaycanlıları Suriyaya nurçular aparır- İDDİA

Təkcə ötən iki ayda Azərbaycandan Suriyaya döyüşməyə 3000-ə qədər şəxs gedib. Bu barədə lent.az-a etibarlı mənbədən məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, bununla bağlı hökumətdə ciddi araşdırmalar aparılır. Araşdırmalar zamanı məlum olub ki, bu şəxslərin Suriyaya aparılmasına Hizmət Hərəkatının ("nurçu"lar) Azərbaycanda fəaliyyət göstərən qeyri-rəsmi şəbəkəsi başçılıq edir.

Mənbə onu da qeyd edib ki, xüsusilə ayrı-ayrı internet klublarda və idman zallarında fəal təbliğat aparan "nurçu"lar gəncləri əvvəlcə Türkiyəyə aparır, daha sonra isə Hatay vilayətindəki kamplarda bir müddət döyüş üçün hazırlayırlar. Bundan sonra gənclər Türkiyədən asanlıqla Suriyaya yola salınırlar.

AzNews.az