09:08
(077) 610-22-33

Məscidə gedən Ağdaş sakini itkin düşüb

  • >
1 005 31 Mart 2014 18:21 | Hadisə

Ağdaş rayon sakini itkin düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, Ağdaş rayon sakini və hazırda Göyçayın Ərəbcəbirli kəndində yaşayan Nargilə Hümbətova Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 1982-ci il təvəllüdlü oğlu Hümbətov Seymur Cümşüd oğlu martın 25-də axşam saatlarında namaz qılmaq üçün Göyçay şəhərindəki Əbülfəs məscidinə gedib və bir daha geri qayıtmayıb. Subay olan Seymur Hümbətovun evdən çıxarkən əynində qara şalvar və gödəkcə, mavi köynək, ayağında idman ayaqqabısı və başında papaq olub. Hazırda Göyçay rayon Polis Şöbəsinin əməkdaşları onun tapılması üçün axtarış həyata keçirirlər.

AzNews.az
Bağla X